Xəbər lenti
Reklam
Prezident fərman imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 oktyabr tarixli 499-VIIQD nömrəli Qanununun tətbiqi və “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Gender.Az fərmanın mətnini təqdim edir:
1. Müəyyən edilsin ki:
1.1. “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-1.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 27-1.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-1.1-ci maddəsinə uyğun olaraq, kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtının, o cümlədən uçuş vaxtının və uçuş iş vaxtının tənzimlənməsi qaydalarını altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 oktyabr tarixli 499-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
3. “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 2, maddə 149; 2025, № 4 (I kitab), maddə 337, № 6, maddə 540; 2026, № 2, maddə 123, № 8, maddə 784) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 1.1-ci bəndə “27.4-cü,” sözlərindən sonra “27-1.1-ci,” sözləri əlavə edilsin;
3.2. 1.3-cü bənddə ikinci halda “maddəsində” sözü “, 27-1.1-ci maddələrində” sözləri ilə əvəz edilsin.

Tarix: 17 noyabr 2026
Baxış: 35

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş