Mingəçevirdə 300 min manatlıq mal-qaranı ələ keçirən şəxs saxlandı
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən 35 yaşlı Vüsal Xəlilovu saxlayıb.
Gender.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, V.Xəlilov zərərçəkənlərin etibarından sui-istifadə edərək onların iri və xırdabuynuzlu heyvanlarını ələ keçirib. Bu kimi dələduzluq əməlləri ilə o, 8 nəfərə 300 min manat maddi ziyan vurub. Saxlanılan şəxs zərərçəkmişlərdən aldığı heyvanları dəyərindən ucuz qiymətə satdığını bildirib.
Məhkəmənin qərarı ilə V.Xəlilov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Həmin şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər. \\ Musavat.com
Tarix: 07 sentyabr 2024
Baxış: 39
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş