Redaktor seçimi
    Ramiz Mehdiyev AMEA-dan çıxarılır - İsa Həbibbəyli
Xəbər lenti
Reklam
Deputatdan sərt etiraz: "Din pərdəsi adı altında..."

Son günlər xüsusilə sosial media hesabları vasitəsilə Azərbaycan əleyhinə aparılan kampaniyasının əsas məqsədi Azərbaycan–Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinə zərbə vurmaq, ictimai rəyi çaşdırmaq və cəmiyyətdə qütbləşməni dərinləşdirməkdir.
Ölkəmizə qarşı bu qarayaxma kampaniyasının iştirakçıları arasında hakim AK Partiyanın üzvlərinin olması sözgedən partiya daxilində həmin qüvvələrin öz mövqeyinn diqtə etmək cəhdindən xəbər verir.
AK Partiya daxilində Binəli Yıldırım, Gürşad Zorlu kimi  nüfuz sahiblərinin Azərbaycanla bağlı mövqeyi dəyişməz qaldığı halda Oktay Saral, deputat Leyla Şahin kimi şəxslər Azərbaycana qarşı açıq sayğısızlıq nümayiş etdirilir. Bu isə AKP daxilindəki nurçu-islamçı kəsimin ilk fürsətdə baş qaldıraraq iki ölkənin  və xalqın münasaibətlərinə ciddi xələl gətirmək cəhdidir.  
“Azərbaycan –Türkiyə dostluğu, qardaşlığı sarsılmazdır, əbədidir, yenilməzdir. Bu ifadələri dövlətimiz və xalqımız daim səsləndirib və bu gün də bu belədir. Azərbaycanla Türkiyə qardaşlığını heç bir qüvvə poza bilməz”.
Gender.Az-ın məlumatına görə, bu fikirləri “Cebheinfo.az”-a açıqlamasında millət vəkili Tahir Rzayev bildirib.
Millət vəkili qeyd edib ki, iki ölkənin birliyinə kölgə salanların cəhdləri əbəsdir:
“Bu gün bəzi çox aqressiv siyasətçilər, siyasi dairələrin üzvləri, Oktay Saral və deputat Leyla Şahin kimi Azərbaycanın uğurlarını gözü götürməyən insanlar müəyyən xırda məsələləri gündəmə gətirməklə Azərbaycan-Türkiyə qardaşlığına xələl gətirmək fikrindədirlər.
Bu cəhdlər tarixlər boyu olub və sözsüz ki, bundan sonra da olacaq. Çünki bu gün bəzi xarici ölkələr, eləcə də daxildə olan bəzi bədxahlar Türk Dövlətləri Təşkilatının qüdrətlənməsini, vahid bir qüvvəyə çevrilməsini, bu prosesdə Azərbaycanın, Türkiyənin rolunun zəiflətməyi hədəf kimi qarşılarına qoyublar.
Türkiyənin bəzi media orqanlarında və sosial şəbəkələrdə, AKP iqtidarına yaxınlığı ilə tanınan informasiya resurslarında son zamanlar yayımlanan qərəzli fikirlər, xoşagəlməz bəyanatlar bunu deməyə əsas verir. Azərbaycan dünyəvi dövlətdir.
O, islami dəyərlərə, dinlərə hörmətlə yanaşır. Ölkəmizin İslam həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfələr göz qabağındadır və bu, müsəlman dövlətləri tərəfindən qiymətləndirilir və daim Azərbaycanın tolerantlıq, dini azadlıq sahəsində həyata keçirdiyi tədbirlər dəyərləndirilir.
Əlbəttə ki, hər bir dövlətin özünün milli-mənəvi dəyərlərinə, dininə hörməti, ehtiramı qəbul ediləndir. Biz də müxtəlif dinlərə hörmətlə yanaşır və məscidlərin tikintisində, dindarlarda göstərilən hörmətdə, qayğıda bir daha öz ifadəsini tapır”. 
Millət vəkilinin sözlərinə görə, ancaq dövlətlərin milli maraqları onlar üçün daha önəmlidir, qanunun aliliyi hər bir vətəndaş üçün bərabər imkanların yaradılmasını təmin etməklə bərabər, həm də gözlənilməsini, tətbiq edilməsini zərurətə çevirir:
“Ancaq çox təəssüf ki, bu gün bir “nurçu”, “İslamçı” kütlə və onun AKP hakimiyyətində yerləşən hissələrinin müəyyən ideoloqları öz səlahiyyətlərindən kənara çıxır, Azərbaycana qarşı qərəzli fikirlər irəli sürürlər. Bu qəbuledilməzdir.
Çünki Azərbaycanın daxili işlərinə qarışmaq yolverilməzdir. Cənab Prezident öz çıxışlarında daimi olaraq xatırladır və qətiyyətlə bildirir ki, biz heç bir ölkənin diqtəsüi ilə işləmirik. Bizim müstəqil siyasətimiz var və bu siyasəti uğurla yerinə yetiririk.
Ancaq çox təəssüf ki, Türkiyənin bəzi informasiya resurslarında, eləcə də adları çəkilən Oktay Saral və deputat Leyla Şahin kimi özlərini ideoloq adlandıran insanlar və onların ətrafında toplaşan “nurçular”, “islamçılar” bu gün Azərbaycana qarşı qərəzli fikirlər yürüdür və iki ölkənin dostluğuna zərbə vurmaq fikrindədirlər.
Bu, heç vaxt mümkün olan deyil. Çünki Azərbaycanı, Türkiyəni qan qardaşlığı, milli-mənəvi dəyərlər, dövlətlərə, xalqlara hörmət və ehtiram birləşdirir. Qardaşlıqda fikir ayrılığı olar, müəyyən narazılıqlar baş verə bilər. Ancaq torpaq, vətən mənafeyi ortaya qoyulduqda qardaşlar daim bir-birinin yanındadırlar. Bu, tarixin sınaqlarından keçib. Azərbaycan-Türkiyə daim bir-birinin yanında olublar.
Bu gün dövlət rəhbərlərinin tutduğu mövqe, xalqların sarsılmaz dostluğu, bir-birlərinə dəstək vermələri bunun əyani ifadəsidir. Türkiyədə zəlzələ baş verərkən ilk köməyə gedən azərbaycanlılar oldular. Heç kəs özünün maddi-mənəvi dəstəyini verməkdən çəkinmədi. Uzun illər Azərbaycanın haqlı mövqeyindən çıxış edən, ölkəmizin həqiqətlərini dilə gətirən türk qardaşlarımız oldu.
Tarixin sınaqlarından çıxan bu dostluğu heç vaxt əymək, sındırmaq, məğlub etmək mümkün deyil. Bunu bu gün avantüra, İslam, din pərdəsi adı altında təbliğ etmək istəyən siyasətçilər, informasiya şəbəkələri aydın dərk etməli, başa düşməlidirlər. Çünki onlar müqəddəs dostluğa, qardaşlığa toxunmağa çalışırlar, fikrimcə, bununla bağlı layiqli cavablarını alacaqlar”. 

Nigar Abdullayeva

Tarix: 19 oktyabr 2026
Baxış: 543

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş