Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Əməkhaqqında artım belə olacaq – Meyarlar açıqlandı

Ölkədə minimum əməkhaqqının aylıq rejimdən saatlıq rejimə keçirilməsinin müəyyən nəticələrinin olacağı gözlənilir. Bu, faktiki olaraq beynəlxalq metodologiya ilə uzlaşmanın təmin edilməsidir. Beləliklə beynəlxalq müqayisələrin aparılmasının metodoloji əsasları formalaşar. Çünki reytinqlərin hesablanması zamanı bu amildən istifadə olunur.
Gender.Az bildirir ki, bunu Teleqraf.com-a iqtisadçı Rəşad Həsənov deyib.
O qeyd edib ki, dünyanın əksər ölkələrində saatlıq minimum əməkhaqqı rejimi tətbiq edilir:
“Bu istiqamətdə uzlaşma təmin olunacaq. Eyni zamanda Azərbaycanda əmək bazarının leqallaşmasına bu amil müəyyən töhfə verə bilər. Çünki aylıq minimum əməkhaqqı rejimi mühasibatlıq imkanlarını məhdudlaşdırır. Misal üçün, ayın bir həftəsi işçinin işə cəlb edilməsi zamanı bunun leqallaşdırılması çətinləşir. Burada minimum standartlar var. O da aylıq əsaslarla olduğu üçün həftəliyin və yaxud bir neçə günlük əməyin leqallaşdırılmasında problemlər çıxır”.
İqtisadçı hesab edir ki, Azərbaycanda Əmək Məcəlləsinə görə əməyə və vaxta muzd iş rejimi tətbiq edilir:
“İşə muzd rejimin mühasibatlığının çətinlikləri bir çox hallarda bundan istifadə hallarını məhdudlaşdırır. Nəticədə əmək bazarında qeyri-formal münasibətlər daha geniş yayılır. Ona görə də, bu istiqamətdə imkanları genişləndirməklə əməyin leqallaşdırılması fürsətlərini artırmaq olar”.
Rəşad Həsənova görə, yeni qaydalar onun tətbiqindən və istifadəçilərin buna meyilliliyindən asılı olacaq:
“Ümumi olaraq muzdla çalışanların gəlirlərinə yeni qaydaların təsirinin olacağı ilə bağlı yanaşmalar var. Burada əsas göstərici daha çox hansı standartların tətbiq ediləcəyindən asılı olacaq. Saatlıq minimum əməkhaqqı məbləğinin hansı səviyyədə müəyyənləşməsi və digər amillər mövcuddur. Orta hesabla Azərbaycanda bir işçi üçün 150 saatlıq fəaliyyət dövrü müəyyənləşir. Bu isə bir saat üçün 2 manat 20 qəpik ekvivalentinə uyğun gəlir. Əslində isə ölkədə olan mövcud qiymətlər və sosial faktorlar nəzərə alınsa, təxminən 4 manat 50 qəpik və yaxud 5 manat ətrafında bir saat üçün minimum əməkhaqqı tətbiq edilməlidir. Əgər belə bir standart tətbiq olunarsa, bu, vətəndaşların gəlirinə müsbət təsir göstərə bilər”.
Tarix: 26 avqust 2024
Baxış: 72

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş