Xəbər lenti
Reklam
Evində qumbara partlayan şəxsin yaxınları danışdı - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Sumqayıtda 8-ci mikrorayon ərazisində, 27 A ünvanında yerləşən yaşayış binasında mənzildə partlayış olub hadisə nəticəsində 1 nəfər ölüb.
Gender.Az xəbər verir ki, ölən şəxs, Truxin Sergey Valentinoviçin əlində qumbara partlayıb.
Sözügedən partlayıcı maddənin mənzilə hansı formada gəlib çıxması hələ də məlum deyil.
Lakin ölən şəxsin yaxınlarının sözlərinə görə, onun səhhətində problemlər olub.
Hətta müalicə olunması üçün tez-tez aralarında mübahisə yaransa da, Truxin Sergey Valentinoviç müalicə olunmaqdan imtina edib.
Qeyd edək ki, mənzildə döyüş tətbiqinə yararlı 3 ədəd 23 mm-lik mərmi də aşkarlanıb.
Hadisə ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Ətraflı “Xəzər Xəbər”in videomaterialında:

Tarix: 17 avqust 2024
Baxış: 63

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş