Bu məhsulların xaricdən alışı satışını iki dəfə üstələyib - Rəqəmlər
Cari ilin birinci yarısında Azərbaycan xarici ölkələrə 26 milyon 127 min ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri satıb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu məhsulların satışı ümumi ixracın 0,20 faizini təşkil edib. Eyni məhsulların xarici ölkələrdən alışı isə bundan iki dəfə çox olub. Belə ki, bu dövrdə Azərbaycana xarici ölkələrdən 54 milyon 354 min ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri gətirilib. Alış ilə satış arasında iki dəfədən çox fərq yaranıb.
İdxal olunan tütün və tütünün sənaye əvəzediciləri ümumi idxalın 0,61 faizini təşkil edib.
Tarix: 10 avqust 2024
Baxış: 63
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş