Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
"Sabah evdən çıxmayın, günvurmadan qorunun" - Həkim xəbərdarlıq edir

"İsti günlərdə günvurmaların sayı çoxalacaq. Mümkün qədər saat 12-00-dan 17:00-a kimi evdən çıxmamaq məsləhətdir".

Gender.Az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib.

Professor vətəndaşlara isti günlərdə sərin yerdə olmağı tövsiyyə edib:

"Bu saatlarda çimərliyə də getmək məqsədəuyğun deyil. Çünki günvurma həmişə bu saatlarda olur. Ulturabənövşəyi şüaların düz düşmə vaxtı da bu saatlara  təsadüf edir. Ona görə də yaxşı olar ki, bu saatlarda evdə olun, sərin yerlərə üstünlük versinlər".


Adil Qeybulla isti havada günvurma halları baş verdikdə çıxış yollarını da açıqlayıb:

"Bu xəstələrdə bayılmalar baş verir. Təzyiqin enməsi, huşun getməsi, soyuq tər basması müşahidə edilərsə, onlar dərhal soyuq yerə köçürülməlidir. Xəstənin bədəni soyuq dəsmalla silinməli, alınına soyuq dəsmal qoyulub həkim çağırılmalıdır. İlk yardım düzgün və vaxtında yerinə yetirilsə insanların həyatını xilas etmək mümkündür”. 

Qeyd edək ki, Ekologya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, avqustun 6-da Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 35-38° isti olacağı gözlənilir. 

Bahar Rüstəmli

Tarix: 05 avqust 2024
Baxış: 46

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş