Məzuniyyətdən sonra işə necə adaptasiya olmalı?
İnsanlar gərgin iş rejimindən sonra məzuniyyətə çıxmağa ehtiyac duyurlar. Təbii ki, tətil hər bir insanın hüququdur. Amma bəzən istirahətdən qayıdandan sonra iş şəraitinə uyğunlaşa bilməmək kimi hallar yaşanır.
Bəs belə olan təqdirdə, vəziyyətdən necə çıxmalıyıq?
Problemin həlli ilə bağlı Demokrat.az-a açıqlama verən psixoloq Aygün Cəfərova deyib ki,məzuniyyətdən qayıdan insanların işə rahat adaptasiya olması üçün ilk növbədə, məzuniyyətdə keçirdikləri vaxt faydalı keçməlidir:
“İnsan həqiqətən istirahət etməlidir. Enerjini depolomalıdır. İkinci bir növbədə isə işə qayıtdıqdan sonra görəcəyi işləri planlaşdırmalıdır. Hansı formatda, nə işlər görəcək, bunların planını qurmalıdır. 25 dəqiqə planladığı işi görüb, 5 dəqiqə fasilə, yenidən 25 dəqiqə işləyib 5 dəqiqə fasilə versələr və bu intervalda planlanmış işi görsələr, daha rahat isə adaptasiya olacaqlar. Həm də işlərini daha uğurlu və faydalı həyata keçirə biləcəklər”.
Mehriban Mirzəzadə
Tarix: 03 avqust 2024
Baxış: 68
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş