"AnTuTu" etalonunun tərtibatçıları "OnePlus Ace V3"ün lider kimi tanındığı orta büdcəli smartfonların iyul ayı performans reytinqini dərc ediblər.
Smartfon sub-flaqman "Snapdragon 7+ Gen 3" çipi ilə təchiz edilib. Bu da ona "AnTuTu" etalonunda 1000 test əsasında orta hesabla 1,42 milyon xal toplamağa imkan verib.
İyul reytinqində ikinci yeri analoji çiplə "Realme GT Neo6 SE" (1,37 milyon), üçüncü yeri "MediaTek Dimensity 8300-Ultra" prosessoru əsasında hazırlanmış "Redmi K70E" (1,36 milyon) tutub.
Dördüncü və beşinci yerləri "Snapdragon 7+ Gen 2" prosessorlu qurğular tutublar: "Realme GT Neo5 SE" (1,14 milyon) və "Redmi Note 12 Turbo" (1,12 milyon).
Onların ardınca performansı "Dimensity 8200" çipi ilə idarə olunan iQOO Z8 (966 min) və iQOO Neo7 SE (966 min) gəlir.
Reytinqi "Dimensity 8100-Max" çipi ilə "OnePlus Ace Racing Edition" (882 min), "Dimensity 8200" bazasında "Redmi Note 12T Pro" (881 min) və "Snapdragon 7 Gen 3" prosessorlu "iQOO Z9" (819 min) tamamlayır.
Qeyd olunur ki, məlumatlar 2024-cü il iyulun 1-dən iyulun 31-dək Çində smartfon istifadəçiləri arasında toplanıb. \\Valyuta.az