Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
“Bakcell” ilə “Dream Fest” həyəcanı baş tutub
       

Ölkənin ən böyük özəl operatoru “Bakcell” “Dream Fest” Beynəlxalq Musiqi Festivalının premium sponsoru olub. 
Festival ərzində iştirakçılar “Bakcell” stendinə yaxınlaşaraq şirkətin yeni və innovativ məhsulları barədə
məlumat alıblar, xüsusi hədiyyələr qazanmaq imkanı əldə ediblər. Bundan əlavə, şirkət festivalda çıxış edən dünya
 ulduzlarına “Bakcell” nömrələri təqdim edərək onları ölkəmizdə olduqları müddətdə yüksəkkeyfiyyətli mobil
rabitə xidmətləri ilə təmin edib. 

Qeyd edək ki, 23-28 iyul tarixlərində baş tutan “Dream Fest” festivalında ABŞ, MDB və Avropa İttifaqı, , Böyük
 Britaniya, Kanada və Türkiyə kimi ölkələrdən 100-ə yaxın müğənninin çıxışı ilə yadda qalıb. Altı gün
ərzində tamaşaçılar Xəzər dənizi sahilində açıq havada möhtəşəm şou və musiqidən həzz alıblar.

Qeyd edək ki, gələcəyə hədəflənən yeni brend strategiyası ilə “Bakcell” ölkəmizdə abunəçilərə innovativ xidmət və məhsullar təqdim edir. Şirkət qarşıdakı dövrdə bir sıra yeni məhsulları abunəçilərin ixtiyarına verəcək.

                                          

Tarix: 30 iyul 2024
Baxış: 51

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş