Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Həbsdə olan gəncin atası Prezidentə müraciət etdi: Himayəsində azyaşlı övladı var


Bakı sakini Akif Hüseynzada hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan oğlu Aydın Hüseynzadənin həbsdən azad edilməsi ilə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib.
“Hörmətli cənab Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva…
Bilirəm ki, siz çox məşğulsunuz, amma ümid edirəm ki, bu məktub sizə şəxsən çatacaq.
30.04.1991-ci il təvəllüdlü oğlum Hüseynzadə Aydın Akif oğlu 20.02.2024-cü il tarixdə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla mübarizə İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 234-cü maddəsi üzrə saxlanılaraq məhkəmə tərəfindən həbs edilmişdir. Bakı İstintaq Təcridxanasında saxlanılır.
Aydının himayəsində körpə azyaşlı övladı var. Ailəni saxlayan yeganə şəxsdir. Mən və anası Validə Hüseynzadə əlil və yaşlı adamlarıq. Pensiya alırıq. İşləyə bilmirik. Aydın özü də dövlət qulluqçusudur. İndiyə kimi heç bir qanun pozuntusuna yol verməyib. Hər hansı bir cinayət hadisəsi törətməyib. Bizə də aydın deyil ki, necə belə bir vəziyyət alınıb.
Möhtərəm Cənab Prezident! Bütün fəaliyyətimiz boyunca ailəlikcə dövlətə və dövlətçiliyə xidmət etmişik. İnanıram ki, oğlumun qanunsuz həbsi ilə bağlı Azərbaycanda məhkəmə instansiyası ədalətli qərar çıxaracaq. 
Humanistliyinizə sığınaraq Sizdən xahiş edirəm hazırda DİN Baş Mütəşəkkil Cinayətkarlıqla mübarizə İdarəsində istintaqı aparılan Hüseynzadə Aydın Akif oğlunun ev dustaqlığına buraxılması üçün dəstək olasınız.
Cənab Prezident və dəyərli Mehriban xanım, əminəm ki, ailəmizin harayına səs verəcəksiniz! Mən dövlətimizim ədalətinə inanıram!”.

Gender.Az

Tarix: 26 iyul 2024
Baxış: 102

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş