Ayşənin anası ŞOK DETALLAR açıqladı - Görün nələr baş verib
Xırdalanda əri tərəfindən binadan atılan 22 yaşlı Ayşən Kazımovanın anası kimi özünü təqdim edən qadın qızı ilə bağlı bəzi məlumatlar paylaşıb.
Onun danışdıqları sosial şəbəkələrdə yayılıb.
Özünü qızın anası kimi təqdim edən qadın qızı və həyat yoldaşı Hüseyn Kazımov barəsində bəzi detallara aydınlıq gətirib:
"Mənim qızım Sumqayıt Dövlət Universitetində oxuyub. Hüseyn mənim qızımı universitetindən yarımçıq qoydu. 3-cü kursdan onu universitetdən çıxartdı. Onun başını yedi, ağlını oğurladılar. Qızımı məktəbindən etdi, apardı. Apardığı bir gündən sonra da onun başına hicab bağladı. Qızım namaz qılırdı. Mən qızımın evinə sərbəst gedib-gələ bilmirdim. Mənim qızım necə xəyanət edə bilər axı?"
Evin iki açarı olduğunu və bu açarın birinin qızında digərinin isə həyat yoldaşında qaldığını deyən qadın qeyd edib ki, Hüseyn evdə olmadığı zaman məni belə evə tək gəlməyə qoymurdu.
Tarix: 25 iyul 2024
Baxış: 111
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş