Çimərliyə gedənlərin NƏZƏRİNƏ! – Bu şəxslər 1 000 manat CƏRİMƏ OLUNACAQ
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı çimərliklərinə zibil atan, ətraf mühiti çirkləndirənlərə qarşı mübarizəni gücləndirir. Gender.az bildirir ki, nazirlikdən Caliber.Az-a xəbər verilib ki, qayda pozuntusu üzrə 1 000 manat cərimə nəzərdə tutulub. Məlumatda, həmçinin qeyd olunub ki, qanun pozuntusu barədə nazirliyin “168” nömrəli qaynar xəttinə məlumat vermək də mümkündür.