Metroda ona yer verməyən qızı DÖYDÜ
Çində bir kişi qalmaqal yaradıb və ictimai nəqliyyatda otura bilmədiyi üçün qıza hücum edib.
Bu barədə "South China Morning Post" məlumat yayıb.
Belə ki, 65 yaşlı təqaüdçü əlində əsa ilə Pekində metro vaqonuna minərək bir qızdan ona yer verməsini istəyib.
Bundan imtina edən sərnişin oturacağını başqasına təklif edəcəyini söyləyib.
Daha sonra qoca kişi onun üstünə aqressiv şəkildə qışqırmağa, dəyənəyi sərnişinin ayaqlarının arasına qoyub və onu itələyərək silkələməyə başlayıb.
Sonra isə dəyənəyi ilə qızın əllərinə bir neçə dəfə zərbə endirib.
Təqaüdçü qıza “polisə zəng et, polis bölməsinə gedəcəyik və deyəcəksən ki, ona sataşdım” cavabını deyib. \\Redaktor.az
Tarix: 08 iyul 2024
Baxış: 81
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş