Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
“Ət bahalaşacaq” — Səbəblər AÇIQLANDI

Qurban bayramından sonra mal və qoyun ətinin ucuzlaşması ilə bağlı fikirlər səsləndirilirdi. Hazırda ətin qiymətində sabitləşmə müşahidə olunur. Məsələn, indi qoyun ətinin kiloqramı 19-19,5 azn, mal əti isə 14-15 manatdır.

Bəs, qeyri-mövsüm dövrünün başlanması ilə əlaqədar ətin qiymətində ucuzlaşma olacaq? 

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, əvvəlcədən proqnozlaşdırıldığı səviyyədə qiymət ucuzlaşmaları olmayacaq. 


İqtisadçı-ekspertin sözlərinə görə, son həftələrdə baş verən qeyri-sabit hava şəraiti və yanacaq xərclərinin artması ümumi qiymət artımları səviyyəsində ətin qiymətinin müəyyən qədər bahalaşmasına şərait yaradır:

“Ümumiyyətlə, qeyri-mövsüm dövrünün başlanması ilə əlaqədar olaraq ət məhsullarına tələbat aşağı düşəcək. Əlbəttə ki, bu da müəyyən mənada bazarda qiymətlərə təsir göstərəcək. Amma onu da nəzərə almaq lazmdır ki, əvvəlcədən proqnozlaşdırıldığı səviyyədə qiymət ucuzlaşmasını gözləmək doğru olmazdı. Bu baxımdan son həftələrdə hava şəraitinin kənd təşərrüfatına vurduğu zərəri, eyni zamanda bu istiqamətdə yem səviyyəsinin aşağı düşməsi qiymətlərdə bahalaşma gözlənilməsinə səbəb olur. Bu da özlüyündə bir təzyiq formalaşdırır. Digər tərəfdən də təbii ki, yanacaq xərclərinin artması da burda ümumi xərclərin yüksəlməsinə yol açır. Dolayısı ilə bu amillər ümumi qiymət artımları səviyyəsində ətin də qiymətinin müəyyən qədər bahalaşmasını tətikləyir”. 

Əfsanə Rəcəb
Tarix: 03 iyul 2024
Baxış: 73

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş