Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Məsuliyyəti təkcə valideynlər daşımayacaq - Tacikistanda ŞOK QANUN

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Tacikistan hakimiyyəti uşaqların təhsili və tərbiyəsi üçün məsuliyyət haqqında qanunu genişləndirib. Bundan sonra məsuliyyət təkcə valideynlərə deyil, həm də qəyyumlara, müəllimlərə, məmurlara və ictimai fəallara aiddir.
Konkret.Az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, təhsil sahəsində qanun pozuntularına görə cərimələr də artırılıb.
Qəbul edilmiş qanunun əvvəllər “Uşaqların təhsilinə və tərbiyəsinə görə valideynlərin məsuliyyəti haqqında” qanun kimi tanınan yeni redaksiyasına indi “Uşaqların təhsili və tərbiyəsinə görə məsuliyyət haqqında” deyilir. Deməli, bundan sonra gənc nəslin tərbiyəsi təkcə valideynlərin məsuliyyətinə aid edilməyəcək.
Qanunda uşaqlara qarşı ekstremizm, zorakılıq və ayrı-seçkiliklə mübarizəyə yönəlmiş maddələr daxil edilib. Bu tədbirlər təkcə cərimələri deyil, həm də inzibati cəzaları nəzərdə tutur. Onlar irqindən, milliyyətindən, dinindən və sosial mənsubiyyətindən asılı olmayaraq hər hansı formada ayrı-seçkiliyin və təhsil prosesindən kənarlaşdırılmanın qarşısını almağa yönəlib. Qanuna görə, xüsusi qayğıya ehtiyacı olan və sosial cəhətdən əlverişsiz vəziyyətdə olan uşaqlara xüsusi diqqət yetiriləcək.
Qanun ailələrin və təhsil müəssisələrinin dəstəklənməsinə yönəlmiş dövlət proqramlarının işlənib hazırlanmasını və həyata keçirilməsini nəzərdə tutur.
Qanunda konkret hərəkətlər nəzərdə tutulmayıb. Ancaq cərimələr təyin olunur.
Belə ki, “Təhsil haqqında” qanuna dəyişiklik edilib. Həmin dəyişikliyə görə, 10 və 11-ci siniflərdə təhsil icbari olub. Dəyişikliklər 9-cu sinifdən sonra məktəbi vaxtından əvvəl tərk etmə hallarının, xüsusən də erkən ərə gedən qızların hüquq müdafiəçilərinin tənqidinə məruz qalmasının qarşısını almaq məqsədi daşıyır. Qanunu pozanlar 180 saatdan 240 saata qədər məcburi əmək və ya 2 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.
Dəyişikliklər həmçinin Cinayət Məcəlləsinin yetkinlik yaşına çatmayanların tərbiyəsi və təhsili üzrə öhdəliklərin yerinə yetirilməməsinə aid olan 174-cü maddəsini də əhatə edib: hesablamalara görə 700-dən 1000-ə qədər göstərici – 50,4 min manatdan 72 min somoniyə (4,7 min dollardan 6,8 min dollara) qədər cərimə, eləcə də  240 saata qədər məcburi əmək və ya 2 ilə qədər həbs mümkündür.
Tacikistan İnzibati Xətalar Məcəlləsinin 90-cı maddəsinə (“Yetkinlik yaşına çatmayanlara qulluq, təhsil və tərbiyəyə görə məsuliyyət sahəsində pozuntular”) da əlavələr edilib. Aşağıdakı cəzalar nəzərdə tutulur:
Rübdə əlli dərs saatını buraxanlar 720-dən 864 somoniyə qədər (67,5 dollardan 81 dollara qədər), təkrar pozuntu halında 2160-dan 2520 somoni (202 dollardan 236 dollara) qədər cərimə ödəməli olavcaqlar
Uşaq tərəfindən qadağan olunmuş hərəkətlərin, o cümlədən ekstremist, pornoqrafik və zorakılıq xarakterli materialların yayılmasının, əyləncə klublarına baş çəkməyin, binalara, abidələrə və ziyarətgahlara zərər vurma, tütün məmulatları, spirtli içkilər, qadağan olunmuş maddələr daşıma, pirsinq və kəsici əşyaların aparılmasının qarşısının alınmamasına görə isə minimum məbləğin 15 mislindən 20 mislinədək, yəni 101 dollardan 135 dollara qədər cərimə nəzərdə tutulur. Təkrar qayda pozuntusuna görə 202 dollardan 236 dollara qədər cərimə gözlənilir.
Uşaq üzərində zorakılığın tətbiqi və ya cinayət əlamətləri olmayan digər şəxslərə qarşı zorakılığa səbəb olan kifayət qədər nəzarətin olmamasına görə 101 dollardan 169 ABŞ dolları məbləğində cərimə edilir. Qayda pozuntusu təkrar törədildikdə 270 ABŞ dollarından 304 ABŞ dollarına qədər və ya 5 gündən 10 günədək müddətə inzibati həbs verilə bilər.
Yetkinlik yaşına çatmayanların gecə klublarına, diskotekalara, bukmekerlərə, qumar mərkəzlərinə və kompüter oyunları mərkəzlərinə buraxılmasına dair 464-1-ci maddə ilə də cərimələr artırılıb.
Tarix: 27 iyun 2024
Baxış: 81

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş