Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Tanınmış ilahiyyatçı: “İran mollalarının fətvalarında körpə uşaqlara qarşı əxlaqsız davranışlar var”

Xəbər verdiyimiz kimi, ötən gün azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə şübhəli bilinən Hacı Salman Kamiloğlu saxlanılıb.

Hacı Salman barəsində Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.

Bildirilib ki, hadisə iyunun 22-də saat 19 radələrində Abşeron rayon Masazır qəsəbəsi ərazisində baş verib. İttihama görə, Hacı Salman 11 yaşlı qızı küçədə maşınına dəvət edib və ona qarşı seksual xarakterli hərəkətlər edib. Baş vermiş hadisə kameraya düşüb və qızın yaxınlarının polisə müraciətindən sonra araşdırmalara başlanılıb.

Abşeron Rayon Məhkəməsi tərəfindən Hacı Salman Kamiloğlu barəsində həbs qətimkan tədbiri seçilib.

Hacı Salmanın müxtəlif təqdimat mərasimlərində, vəzifəli şəxslərlə iştirak etdiyi, lakin din xadimi kimi Qafqaz Müsəlmanları İdarəsində qeydiyyatda olmadığı məlum olub. Maraqlısı budur ki, Hacı Salmanın həbsi barədə onu tanıyan din xadimləri susqunluqlarını nümayiş etdiriblər.

Referans.Az-ın münasibət öyrənmək istədikləri çox sayda ilahiyyatçı və din xadimləri, Hacı Salmanı tanıyanlar bu barədə danışmamaq qərarına gəliblər.

İlahiyyatçı Əkrəm Həsənov Referans.Az-a açıqlamasında bildirib ki, Hacı Salmanda ayrıca məzhəb kimi sayılan rafizilərə aid xüsusiyyətlər var:

“Bu barədə danışmaq ümumiyətlə, çətindir. Dində belə bir anlayış yoxdur. İnsanın bu cürə hərəkət eləməsi istər dini, istər dünyəvi, istərsə də hüquqi cəhətdən düzgün deyil. Hər bir şüurlu insan başa düşməlidir ki, ən azı 11 yaşlı qıza qarşı belə hərəkət olmaz. Bu nə dərəcədə doğru yanaşma ola bilər ki? Belə davranmaq insanın özünün Allaha imanının zəif olduğunun göstəricisidir. Digər tərəfdən baxsaq, bu insanın Allahdan qorxmamağından irəli gəlir. Daha sonra insanın məsuliyyət hissinin olmamasından qaynaqlanır. Həm də dini cəhətdən bu zina kimi dəyərləndirilir və böyük günahlardan hesab olunur. Zina Qurani- Kərimdə pislənilir və Allah buyurur ki, qəti olaraq zinaya yaxınlaşmayın. Düzdür, həmin şəxs bizim ölkədə dini cəhətdən cəzalandırılmayacaq. Rafizilər 4- cü imama inanmayan insanlar olur. Yəni imamı qəbul etməyən qrup yaranıb ki, onlar əsl şəriəti qəbul etməyiblər. Sonradan özlərindən “rafizilik” adından məzhəb yaradıblar. Onlar əsl İslamdan dönüb, başqa bir məzhəblər yaradıblar. Hansı ki, onlar Həzrəti Əliyə Allah deyirlər. Bu cür məzhəb tərəfdaşlarının kitablarında bəzi davranışlar icazəli sayılır. Hacı Salman görünür ki, rafizidir. Onun çıxışlarına baxanda bu aydın görünür”.  

Ekspert deyir ki, İran mollalarının fətvaları var ki, orada körpə uşaqlara qarşı əxlaqsız davranışlar, yanaşmalar var: “İfadə eləmək olmur...Adam çətinlik çəkir. Hacı Salmanla şəxsi tanışlığım yoxdur. İlk dəfə xəbərdə gördüm, açıb videolarındakı çıxışlarına baxdım. Ondan sonra düşündüm ki, rafizidir”.

Müsahib İslam ölkələrində, xüsusən də İran və Ərəbistanda hazırda azyaşlı qızlara qarşı zorakılıq, təcavüz hallarına edam hökmü ilə cəza verildiyini bildirir:

“Bildiyim qədərilə edam hökmü də var. Hər bir övladın sahibi var. Burada valideynlərin də şikayətləri də çox önəmli sayılır”.

 
Şəlalə Babayeva   
Tarix: 26 iyun 2024
Baxış: 98

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş