İyulun 1-dən kommunal xidmətlərin qiymətləri artacaq
Rusiyanın Sankt-Peterburq şəhərində mənzil-kommunal xidmətlərin tarifləri iyulun 1-dən artacaq.
Gender.az publika.az-a istinadən xəbər verir ki, şəhərin kommunal xidmət göstərən müəssisələri artıq vətəndaşlara müvafiq xəbərdarlıq göndərməyə başlayıb.
Qeyd olunur ki, Sankt-Peterburq sakinləri 2024-cü ilin iyul ayından soyuq suyun hər kubmetri üçün 39,7 rubl, kanalizasiya üçün isə eyni məbləğdə pul ödəməli olacaqlar. Bu qərar Sankt-Peterburq Tarif Komitəsinin tələbləri ilə əlaqədar qəbul edilib.
O da bildirilir ki, mənzil-kommunal xidmətlərinin tariflərinin maksimum bahalaşması 9,4 faiz təşkil edəcək.
Tarix: 22 iyun 2024
Baxış: 80
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş