Redaktor seçimi
    Ermənistanla ABŞ hərbi təlimlərə başladı - Xəbərlərin 20:00 buraxılışı
Xəbər lenti
Reklam
Sabah bu rayonda elektrik enerjisi kəsiləcək

Göyçayda elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
Gender.Az xəbər verir ki, bu barədə Göyçay elektrik şəbəkəsinin baş mühəndisi Mövsüm Ağayev bildirib.
Belə ki, 12 iyun səhər saat 10:00-dan 15:00-dək rayonunun Bığır kəndi ərazisində yerləşən yarımstansiyada aparılan təmir-bərpa işləri ilə əlaqədar rayonun səkkiz yaşayış məntəqəsi üzrə (Ləkçılpaq, Mırtı, Alıkənd, Şəkər, Qaraxıdır, Veysəlli, Yalman və Qaraman kəndləri) 2 600 abonentin elektrik enerjisi ilə təchizatının verilişində fasilə olacaq.
Qeyd edək ki, rayonda qəzalı vəziyyətdə olan yarımstansiyaların təmiri işləri növbəli şəkildə və rayonun bir neçə ərazisində keçirilməsi nəzərdə tutulur. \\Report

Tarix: 11 iyun 2024
Baxış: 94

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş