Fərid Pərdəşünas
Texnobloger
"Telegram"dan dünyaya sürətlə yayılan "Hamster Kombat" oyunu ilə bağlı mənə çox sual gəlir və bu oyun haqqında yazılanların da çoxu doğru deyil. Bu səbəbdən qısa açıqlama yazıram ki, sizə də faydalı olsun.
1 - Oyun skam - yəni dələduzluq deyil. Və ya şəbəkə marketinqi kimi qatılımçıların pulları əsasında büdcə formalaşdırmır. Bu mənada rahat ola bilərsiniz.
2 - Oyun "Airdrop" məntiqinə əsaslanır. Bunu kriptovalyuta ilə məşğul olanlar yaxşı bilir. Yəni çox sayda istifadəçi cəlb edilir. Oyunda virtual pullar yaranır, daha sonra həmin virtual pul birjaya çıxıb real dəyər qazananda, iştirakçıların bir qismi arasında paylanır.
3 - Əgər "Airdrop" və kriptovalyuta anlayışlarından xəbəriniz yoxdursa, bu oyuna girməyi məsləhət görməzdim. Nə elədiyinizi heç özünüz də bilməyəcəksiniz.
4 - Oyun "Telegram"ın TON zəncirinə bağlıdır və məntiq ekrana toxunmaqla valyuta yaradıb daha sonra həmin virtual valyutalardan yeni qazanclar əldə etməkdir.
5 - Oyun hazırda istifadəçidən hər hansısa məbləğdə investisiya tələb etmir. Oyunun nə qədər "Airdrop" verəcəyi və sizə nə qədər düşəcəyi də məlum deyil. İstifadəçi sayı 100 milyonu keçdiyindən gəlirin az olacağı təxmin edilir.
6 - Burada yığdığınız virtual pullarla milyoner olmayacaqsanız. Amma bundan əvvəlki belə oyunlarda 100-800 dollar arası "Airdrop" yığan dostlarım olub.
7 - Məsələhət: Əgər "Airdrop" yığmaq istəyirsinizsə, tək bu oyunla yox, bir çox kriptovalyuta layihəsini izləyib, davamlı yığmaq məsləhətdir. Bu halda qazanc əldə etmək daha məntiqli olur.
8 - Xəbərdarlıq: Bu məntiqi tam anlamadan, digər dələduzluq layihələrinə aldana bilərsiniz. Pula həvəslənib, oyundan və bu tipli "Airdrop"lardan anlayışı olmadan yatırım etməyi məsləhət görümürəm. Çünki çox sayda skamlar da var.