Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Sənədsiz ev sahiblərinə YENİ XƏBƏR VAR: Bu üsulla proses asanlaşacaq


Azərbaycanda Dövlət Reyestrindən çıxarışı olmayan mənzil sahibləri bu ilin sonuna qədər çoxdankı arzularına çata bilər. Beləki, problemin həlli üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti  xüsusi portal hazırlayır. Bu portal vasitəsi ilə sənədsiz evlərinə Dövlət Reyestrindən çıxarışın alınmasının xeyli asanlaşacağı bildirilir. 

Hazırda sənədsiz evlərlə bağlı vəziyyət nə yerdədir? Bu prosesin nə qədər müddətə yekunlaşması gözlənilir? İstifadəyə veriləcək problemin həllində nəq qədər effektiv olacaq?

Milli Məclisin deputatı Vüqar Bayramov Referans.Az-a verdiyi açıqlamada bu haqda danışıb. 

“Qeydiyyatsız evlərin sənədləşdirilməsi bu günün prioritet məsələlərindən biridir. Bununla bağlı cənab prezidentin göstərişinə uyğun olaraq işçi qrupu yaradılıb və bu istiqamətdə konsepsiyanın hazırlanması istiqamətində işlər davam etdirilir. Məqsəd qeydiyyatsız evlərin daha qısa zamanda sənədləşdırılməsinə nail olmaqdan ibarətdir. İlkin qiymətləndirmələrə görə, təxminən 500 minə yaxın qeydiyyatsız ev var. Onların böyük əksəriyyəti Bakı və Bakıətrafı ərazilərdə yerləşir. Sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı konsepsiyanın hazırlanmasında müşahidələr göstərir ki, bir sıra çətinliklər var. Bunlar əsasən həmin evlərin bir qisminin təhlükəli zonalarda inşa edilməsi, xüsusən də, neft buruqlarına yaxın və ya nəqliyyat qovşaqlarına, o cümlədən, yüksək gərginlikli enerji ötürücülərinin yaxınlığında inşa edilməsi, digər kənd təsərrüfatı üçün yararlı torpaqlarda inşa edilməsidir”.

Deputatı bildirib ki, qeydiyyatsız evlərə sənəd verilməsinin asanlaşdırılması üçün kompakt halda məskunlaşılmış kənd təsərrüfatı üçün nəzərdə tutulmuş torpaqların statusunun dəyişdirilməsi təklif olunub.

“Təhlükəli zonalarda tikilmiş evlər üçün isə ayrıca qiymətləndirilmənin aparılması məqsədəuyğundur. Çünki burada riskin minimallaşdırılmasında söhbət gedir. Buna görə də bu evlərlə bağlı ayrıca yanaşmaya ehtiyac olacaq. Bu evlərin sənədləşdirilməsi həm də vergi daxil olmalarının artırılması, o cümlədən, həmin əmlakdan istifadə etməklə maliyyə əməiyyatlarının aparılması vətəndaşlarımızın mülkiyyət hüquqlarının tanınması üçün vacibdir”.

Son proseslər ondan xəbər verir ki, sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı ciddi addımlar atılır.

 

Fidan Vəlisoy 


Tarix: 05 iyun 2024
Baxış: 104

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş