Qurban bayramı tətilinin müddəti ARTIRILDI
Türkiyədə Qurban bayramı tətilinin müddəti 9 günə qaldırılıb.
Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan məlumat verib:
"İyunun 16-sı bazar günü başlayacaq Qurban bayramından sonrakı 2 günlük müddəti dövlət qulluqçularımız üçün inzibati məzuniyyətə daxil etdik".
Onun sözlərinə görə, cümə axşamı və cümə günlərini bayrama əlavə etməklə 9 günlük tətil fürsəti təqdim edilib.
Qurban bayramı bonusunu 10-14 iyun tarixləri arasında təqaüdçülərin hesablarına yatırılacağı bildirilib. \\News24.az
Tarix: 04 iyun 2024
Baxış: 79
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş