Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Bu rayonun 7 kəndində qaz KƏSİLƏCƏK

Masallı rayonunda 7 kəndin qaz təchizatının müvəqqəti dayandırılması planlaşdırılır.
Gender.Az xəbər verir ki, rayonun Köhnə Alvadı kəndində yeni qaz xəttinin mənbəyə qoşulmasından ötrü Güllütəpə və Tatyanoba kəndlərinin ümumilikdə 830 abonentinin qaz təchizatının sabah saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması nəzərdə tutulur.
Həmçinin rayonunun Musaküçə kəndində yeni qaz tənzimləyicisinin quraşdırılması üçün Musaküçə, Gəyəçöl, Xıl, Sirəbil, Sərçuvar və Təzəkənd kəndlərinin ümumilikdə 3800 abonentinin qaz təchizatının 31 may saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

Tarix: 29 may 2024
Baxış: 81

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş