Universitet müəllimi evində ölü tapıldı - Çılpaq şəkildə yerə uzanıb və…
Sumqayıtda 83 yaşlı qadının meyiti tapılıb.
Gender.Az xəbər verir ki, hadisə şəhərin 3-cü mikrorayonda qeydə alınıb. 1941-ci il təvəllüdlü Abdullayeva Pərizat Qədir qızından 3 gün ərzində xəbər ala bilməyən qonşular hüquq-mühafizə orqanlarına məlumat veriblər.
Qonşular bildirirlər ki, uzun müddət Azərbaycan Dövlət Neft və Sənaye Universitetində dərs deyən qadının övladı olsa da o, tək yaşayıb.
Polislər evə daxil olan zaman görüblər ki, qadın çimdikdən sonra çılpaq formada yerə uzanıb və ağzından qan gəlib.
Məlumat üçün bildirək ki, onun üzərində zorakılıq əlamətləri olmayıb.