"Paşinyan bu tarixdə Bakıya gələcək" - İDDİA
Ermənistanın baş naziri Nikol Paşinyan Bakıya səfər edəcək. Bu iddia ilə “Yeni Müsavat” media qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlu çıxış edib.
Gender.Az xəbər verir ki, jurnalist Yenisabah.az-a açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması realdır:
“Paşinyan hələlik müsbət xətti aparır. Verdiyi açıqlamalardan və gedən proseslərdən də görünən odur ki, əgər onu öldürməsələr və sağ qalsa, noyabr ayına qədər sülh müqaviləsi imzalanacaq. Artıq mən buna inanıram. Noyabrda Paşinyan Bakıda keçiriləcək COP29 tədbirində iştirak edəcək. Görünən budur”.
Qeyd edək ki, dünən Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirdiyi mətbuat konfransında delimitasiya prosesi ilə bağlı daha qətiyyətli addımların atılacağını bəyan edib.
Tarix: 09 may 2024
Baxış: 99
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş