Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi
Mərhum Əməkdar artist Aygün Bəylərin ailəsi tiktoker Ləman Vəliyeva ilə bağlı polisə şikayət edib.
Gender.az xəbər verir ki, buna səbəb tiktokerin xanəndə ilə bağlı qeyri-etik ifadə səsləndirməsi olub. O, canlı yayımda mərhum sənətçini təhqir edib.
A. Bəylərin ailəsi onun rəsmi instaqram hesabında məsələyə münasibət bildirib və Daxili İşlər Nazirinə müraciət edib:
“Aygün Bəyləri hansısa tiktoker təhqir edir. Cənab Nazir Vilayət Eyvazov, xahiş edirəm, məsələ nəzarətə alınsın”.
Məlumat üçün qeyd edək ki, Ləman canlı yayımda “Biri var, Aygün Kazımovaya udursan, biri də var Aygün Bəylərə uduzursan” dedikdən sonra nalayiq ifadə səsləndirib. \\Olay.az
Tarix: 07 may 2024
Baxış: 98
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş