Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Əsirlikdə olan Amin Musayev: "Boynuma isti su töküb, yandırdılar" (VİDEO)

Vətən müharibəsi qazisi Amin Musayev ilk dəfə ermənilərə əsir düşdüyü yerdə olub.
İkinci Qarabağ müharibəsinin qızğın döyüşlərindən birinin getdiyi Şuşa-Xankəndi istiqamətində ağır yaralanan Amin həmin anları xatırlayıb:
"Yerimi dəyişəndə güllə yarası aldım. Qışqırıb döyüş yoldaşıma dedim ki, yaramı bağla. Söylədi ki, əlimi qabağa gətirə bilmirəm. Kürəyi qəlpə ilə dolu idi. Döyüş yoldaşıma dedim ki, mənim üçün bir dənə siqaret yandır. Elə bildim ki, ölürəm. Siqareti çəkib özümdən getdim. Ayılanda gördüm ki, yanımda şəhid var. Başımı onun üstünə qoyub yatdım”.
A.Musayev əsir götürüldükdən sonra başına gətirilən dəhşətlərdən də danışıb:
"Məni videoya çəkib, istəmədiyim bir şeyi dedirtmək istədilər. Qəbul etmədiyimə görə boynuma isti su töküb, yandırdılar. Gecələr projektoru elə qoyurdular ki, işıq üzümə vursun, yata bilməyim”.
Qazi əsir düşdüyü ərazidən üzərində qanı olan hərbi geyim formasını da tapıb.
Daha ətraflı Baku TV-nin videosunda:

Tarix: 02 may 2024
Baxış: 102

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş