Tanınmış yazıçı Həmid Herisçi Azərbaycan Yazıçılar Birliyinə yenidən üzv olub.
Qeyd edək ki, o, əvvəllər AYB - dən ayrılaraq həmkarları ilə Azad Yazarlar Ocağını yaratmışdı. Bu qurum AYB- yə müxalif mövqedə dayanır və onu tez-tez tənqid edirdi.
Gender.Az xəbər verir ki, Həmid Herisçinin yenidən AYB-yə üzv olması həmkarları tərəfindən birmənalı qarşıalnmayıb və sosial şəbəkələrdə geniş müzakirələrə səbə olub.
Gənc yazıçı Orxan Saffari öz feysbuk səhifəsində Həmid Herisçini sərt tənqid edib:
"Qəribədir, insanlar bir yerdən sonra niyə belə olur?
Doğrudanmı aid olduğu yerlərdə qazandıqları hörmət onlara kifayət etmir?
Doğrudanmı yaş öz sözünü deyir?
Doğrudanmı həqiqət bu qədər ucuzdur?
Doğrudanmı? Doğrudanmı? Doğrudanmı?
AYO kimi müstəqil bir düşüncəni, ideologiyanı məhz ömrün ahıl çağında satmaq nəyə lazımdır?
Məgər AYB-nin üzvü olmaq indən belə Həmid Hersçiyə nə vəd edəcək? Ev? Təqaüd?
Bəs ədəbi mübarizə? Bəs sənə inanan adamlar, xüsusi ilə gənclik? "
Yazıçı Rasim Qaraca da sosial şəbəkədə Herisçinin bu addımını AYB- nin sədri Anarın qələbəsi kimi qiymətləndirib: "Təəssüf!!! Həmid də "Boz axına" qoşuldu. Əslində Həmidin prinsipsizliyinə deyil, Anarın "prinsipiallığına" heyrət etdim. Mübarizəni sona qədər apardı. Beş! "
Qeyd edək ki, bugünlərdə yazıçı Həmid Herisçi AYO - nu tərk etdiyini bildirmiş və dostlarını sərt tənqid etmişdi: "Bakı cayıllarının çox mənalı bir ifadəsi var: "Sən de, özünü tanıyan cayıllardansan, hə?". Hesab edirəm ki, indiki köşə yazarlarımız, AYO-çular hələki özlərini tanımır, səhvən "maarifçi", Axundov, Cəlil ardıcılları bilirlər özlərini. Gərək indi onları özləriylə tanış edim. Əslinə baxsaq, onlar maarifçi deyillər, sadəcə, sıravi nihilistlərdirlər, vəssəlam. Özünü tanımamaq isə cayıllar arasında çox böyük eyib sayılır. Yazarlar, jurnalistlər isə buna ciddi fikir verməzlər". \\BakuPOST