Alimlər boşanmanın daha bir təhlükəsini elan edib.
Toronto universitetinin alimləri valideynlərin boşanmasının uşaq psixikasına ölümcül təsirini sübut edib.
Böyüdükdə belə uşaqlar tez-tez intihar və qətl barədə düşünür.
Ata-atanın ayrılması uşaq psixikası üçün onlardan birinin ölümündə yaşanılan stresə bərabərdir.
Bu uşaqlar özlərinə qapanır, kobudlaşır, aqressiv davranır, digər uşaqlara həsəd aparır, depressiyadan əziyyət çəkir.
Zaman təbii ki, istənilən psixoloji travma və ağrını söndürür. Amma boşanmada bu işə yaramır.
Professor Esme Fuller 6647 valideyn üzərində 12 il tədqiqat aparıb, onlardan 695 nəfəri boşanıb.
Nəticələr göstərib ki, boşanmış ailələrin uşaqları digərlərindən 3 dəfə çox intihar və həyatdan getmə barədə düşünüb, onlardan 2%-i buna bir dəfə cəhd edib.
Daha həyəcanlı statistika qız uşaqları ilə bağlıdır. Qızlar 83% daha çox intihar və depressiyaya düşüb.
Eləcə də ailədə ata-ana uzun müddət işsiz qalanda, içki içib, bir-birinə əl qaldıranda eyni boşanmada olduğu kimi təşvişli qorxu və stress yaradır.
Beləliklə, boşanmanın kişi və qadınlara, oğlan və qız uşaqlarına fərqli təsir etdiyi sübut edilib.
Belə ailələrin uşaqları kriminal və özünüqəsdə daha meyilli olur. \\Medicina.Az