"İrəvan Azərbaycanın sülh müqaviləsi ilə bağlı təkliflərinə cavab verib"
Ermənistan Azərbaycan tərəfinin sülh müqaviləsi ilə bağlı son təkliflərinə cavab verib.
Bu barədə "Sputnik Ermənistan"ın müxbirinə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
Onun sözlərinə görə, söhbət sülh müqaviləsi layihəsi üçün 8-ci təkliflər paketindən gedir.
Qeyd edilib ki, yanvarın 4-də Ermənistan sənəd layihəsinin öz variantını göndərib və fevralın ortalarında İrəvan Bakıdan sülh müqaviləsi ilə bağlı daha bir təklif paketi alıb.
Yanvarın 10-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Azərbaycanın sülh müqaviləsinin bir sıra bəndləri üzrə təkliflərində müəyyən geriləmə var. Onun sözlərinə görə, İrəvan bu məqamlar üzərində işləyib və öz konstruktiv təkliflərini göndərib. \\Redaktor.Az
Tarix: 08 aprel 2024
Baxış: 106
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş