Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Paşinyan qorxuya düşüb: Canına görə 10 milyon xərcəldi

Ermənistanın baş naziri Nikol Paşinyan cangüdənlərin sayını durmadan artırır.
Gender.Az erməni mətbuatına istinadla xəbər verir ki, Paşinyan öz təhlükəsizliyini qorumaq məqsədilə külli miqdarda pul xərcləyərək, yeni qüvvələr cəlb edir və müasir texniki avadanlıqlar əldə edir. 
Baş nazir bu dəfə yeni təhlükəsizlik işçilərini təmin etmək üçün ümumilikdə 10 milyon 600 min dram (təxminən 47 min manat) ödəyib. 
Qeyd olunur ki, hökumətdə metal detektorları olsa da, yeni alınanlar daha müasir və etibarlıdır. 
"Əgər Paşinyan dövlətin təhlükəsizliyinə öz şəxsi təhlükəsizliyini təmin etmək üçün sərf etdiyi qədər səy göstərsəydi, Ermənistan həqiqətən də İsveçrə kimi varlı bir ölkəyə çevrilə bilərdi", - deyə erməni müxbir yazır.

@ Ölkə.Az

Tarix: 04 aprel 2024
Baxış: 85

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş