Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Payızdan yüksək oktanlı yanacaq satışı başlayır – Benzin və dizelin qiyməti bahalaşacaq?

“Bir neçə aya Azərbaycanın daxili bazarında “EuroDiesel” yanacağı müştərilərə satılmağa başlayacaq”.
Gender.Az bildirir ki, bunu “AzPolitika.info”-ya Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib. “Bu yanacağın istehsalına 2023-cü ilin sentyabrın sonundan başlanılıb. Sadəcə, Avropada tələbat böyük olduğundan və yaxşı qiymət təklif edildiyindən məhsul hələ ki, ancaq ixraca gedir”, o əlavə edib.
Ekspert qeyd edib ki, 2024-cü ilin oktyabrından isə yerli istehlakçılar “Euro-5” keyfiyyət standartlı “Aİ-93” və “Aİ”-95 markalı yanacaq ala biləcəklər. “Bakı Neft Emalı Zavodunda “Aİ-98” istehsal edilməsi nəzərdə tutulmadığından onun idxalı ildə 2-3 min ton olmaqla davam etdiriləcək”, - İ.Şaban bildirib.
Qeyd edək ki, Nazirlər Kabineti taksilərin fəaliyyətinin tənzimlənməsi ilə bağlı qərarında bu sahədə istifadə olunacaq avtomobillərin “Avro-5” standartlarına cavab verməsinin zəruri olduğu bildirilib. Azərbaycanda avtoparkın 80 faizinin köhnə olduğu və bu tələbə cavab vermədiyi məlumdur. İlham Şabanın açıqlamasından belə aydınlaşır ki, yüksək oktanlı yanacaq problemi daxili istehsal hesabına həll oluna bilər. Qaldı avtomobillərin yenilənməsinə, bu sual hələ açıq olaraq qalır.
“Euro-5” keyfiyyət standartlı “Aİ-93” və “Aİ”-95 markalı yanacağın hansı qiymətyə satılacağı da məlum deyil. Təcrübədən çıxış edərək ehtimal etmək olar ki, hökumət keyfiyyətin artması və maya dəyərəinin bahalaşmasını əsas gətirərək, dizel və benzinin qiymətini artıra bilər. \\AzPolitika.info

Tarix: 02 aprel 2024
Baxış: 112

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş