Xaçmazda idman müəlliminin şagirdə qarşı qeyri-etik hərəkətləri araşdırılıb
Xaçmaz rayonunun Qusarçay kənd tam orta məktəbində 62 yaşlı idman müəllimi Təbriz Adıgözəlovun 8-ci sinif şagirdi olan qıza qarşı qeyri-etik hərəkətlər etməsi ilə bağlı səslənən iddialar həqiqəti əks etdirmir.
Qeyd edilən məsələ ilə bağlı Xaçmaz Rayon Polis Şöbəsinə müraciət edilib.
İstintaq şöbəsində müvafiq araşdırma aparılıb. Səslənən iddiaların həqiqəti əks etdirmədiyi məlum olub.
Qeyd edək ki, Xaçmaz rayonu Qusarçay kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Təbriz Adıgözəlovun məktəbin 8-ci sinif şagirdinə qarşı uyğunsuz hərəkətləri ilə bağlı məlumatlar yayılıb. Bildirilib ki, bu barədə məlumatı əldə edən kimi direktor və sosial psixoloq tərəfindən həmin şagirdlə söhbət aparılıb və bundan sonra müvafiq olaraq hüquq-mühafizə orqanlarına məlumat verilib. \\APA
Tarix: 18 mart 2024
Baxış: 125
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş