"Tıxacların aradan qaldırılması üçün yolların genişləndirilməsi yox, yolların seksiyalara bölünməsi prosesi getməlidir. Bundan əlavə, yollarda hərəkər zolaqlarının enini bir qədər daraltmalıyıq. Digər bir məsələ tıxacların atmosfer çirkləndirməsi ilə bağlıdır. Biz bu sahədə elektrik avtomobillərinin istifadəsini təşviq etməliyik".
Gender.Az Ölkə.Az xəbər verir ki, belə bir təkliflə deputat İltizam Yusifov parlamentdə dinləmələr zamanı deyib.
O deyib ki, elektrik avtomobillərinə "yaşıl" qeydiyyat nömrəsi verilsin və onların həm dayanacaqlardan pulsuz istifadəsinə, həm avtobus, həm də xüsusi təyinatlı avtomobillər üçün nəzərdə tutulan hərəkət zolaqlarından istifadəsinə icazə verilsin.
Deputat əlavə edib ki, Bakıdan kənarda - digər şəhərlərdə ictimai nəqliyyat standartlara və müasir tələblərə cavab vermir: "30 ildən artıqdır ki, eyni sahibkar, eyni şirkət bu işi 30 ildə təşkil edə bilməyibsə, bundan sonra necə edəcək?! Biz rəqabət mühiti yaradaraq yeni, iri tutumlu avtobuslarla paralel marşrutlar açmalıyıq".
Taksi xidmətinə gəldikdə o qeyd edib ki, Bakı şəhərində London taksisi ilə başlanan bir işi - taksi xidmətini - "Prius"la bitirdik.
"Mən hesab edirəm ki, vahid standartı olan eyni tip, model, rəng, tələblər olan yeni bir taksi xidməti yaradılmalıdır. Biznes qurumları, sahibkarlara vahid taksi sisteminə qoşulmaqla kiçik avtoparkların təşkilinə imkan yaratmalıyıq. Bunu üçün AYNA-nın sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, nazirliyin razılığı ilə təsərrüfat cəmiyyətləri yaratmaq lazımdır və ya onlarda iştirak etmək hüququ var", - o əlavə edib.
Parklamaya gəldikdə deputat bildirib ki, Bakı şəhərinin küçələrində 1 zolağın parklama ərazisi olması ideyasını həmişə təklif edib və bunu da dəstəkləyib: "Çünki Azərbaycanda ticarət və xidmət obyektləri biləvasitə yol kənarında yerləşdirilməsi mental olaraq qəbul edilib. Amma burada başqa bir məqam var: Azərbaycan vətəndaşı mobil qurğulardan istifadə etməyə məcbur deyillər. Qanun isə ödənişli parklama yerlərində mütləq mənada parkomatın qoyulmasını tələb edir. Ödəniş üsulları isə mobil tətbiq, internet, SMS vasitəsilə ola bilər. Təklif edirəm ki, təcili olaraq bu sahədə bu qanunvericilik bazasını təkmilləşdirək.
Növbəti məsələ piyada infrastrukturu (zolaq, keçid, yol) ilə bağlıdır. Bu barədə təkliflər vermək Nizamnaməyə görə AYNA-nın vəzifəsi hesab olunur. Bu gün Bakı şəhərində Nizamlanmayan Piyada keçidləri təhlükə mənbələridir. Piyada bilmir keçsin, ya dayansın. Bunu qanun da belə təşviq edir. Piyada zolağında avtomobillə piyada eyni vaxtda zolaqda hərəkət edə bilər. Ona görə bu, təhlükə yaradır. Dünyada demək olar ki, bu məsələlər həllini tapıb. Piyada zolaqları tənzimlənən, yəni işıqforla olmalıdır. Təhlükəli yerlərdə piyada gedişinin çox olduğu, məktəblərin qarşısındakı piyada keçidlərində yol zolağını qanunla dəyişib daha da görünən – ağ və sarı zolaqlı etmək lazımdır. Biz şəhər üçün "0 ölüm" konsepsiyası hazırlayıb buna uyğun piyadaların təhlükəsiz hərəkət sistemini qurmalıyıq".
Mürtəza