Xəbər lenti
Reklam
Ticarət mərkəzi çökdü, 6 ölü

Nigeriyada gözlənilmədən çökən ticarət mərkəzinin dağıntıları altında ən azı 6 nəfər həlak olub. 
Gender.az “TASS”a istinadən xəbər verir ki, Onitşa şəhərində (ölkənin cənub-şərqindəki Anambra ştatı) tikilməkdə olan bina uçub.
Nigeriya Fövqəladə Halların İdarə Olunması Agentliyinin məlumatına görə, hadisə yerində dağıntılar təmizlənir. Xilasedicilər beton konstruksiyaların dağıntıları altında sağ qalanları axtarırlar. Zərərçəkənlər xəstəxanalara göndərilib.

Tarix: 27 fevral 2024
Baxış: 107

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş