Bu kinoteatr narkomanların yuvasına çevrilib - VİDEO
Bir zamanlar tamaşaçılarını qarşılayan məkan indi narkomanların yuvasına çevrilib. Söhbət Xırdalanda yerləşən "Dostluq" kinoteatrından gedir.
Gender.Az xəbər verir ki, 1969-cu ildə tikilən kinoteatra hazırda narkotik asılılığından əziyyət çəkən şəxslər üz tuturlar.
Mövcud vəziyyət ərazidə yaşayan sakinləri narahat edir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ARB-yə bildirilib ki, ərazidə nəzarət işləri gücləndirilib. Köhnə tikintidə narkotikdən istifadə hallarının qarşısı alınıb.