Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Malayziya Ali Məhkəməsi homoseksual əlaqələri, cinsi təcavüzü cinayət saymadı

Malayziyanın Ali Məhkəməsi Kelantan əyalətində 16 qanunu ölkə Konstitusiyasına zidd hesab edib.
Bu barədə “Reuters” krallığın ali məhkəməsinin sədri Tengku Maimun Tuan Mat-a istinadən məlumat yayıb.
"Bu məsələlər federasiyanın yurisdiksiyasındadır; yalnız ölkə parlamenti bu sahələrdə qanunlar qəbul edə bilər" - o deyib. Hakim vurğulayıb ki, ştatın qanunverici orqanı öz səlahiyyətlərini aşıb və qərarın ölkədəki İslam və şəriət məhkəmələrinin vəziyyəti ilə heç bir əlaqəsi yoxdur.
Agentlik bildirir ki, homoseksual əlaqələr, qohumluq əlaqəsi, cinsi təcavüz, qumar oyunları və ibadət yerlərinin təhqir olunmasını cinayət hesab edən qaydalar konstitusiyaya zidd elan edilib.
"Reuters" vurğulayır ki, Malayziya iki səviyyəli hüquq sisteminə malikdir, burada şəriət qanunları müsəlmanların ailə və cinayət həyatını mülki qanunlarla birlikdə tənzimləyir.
Qeyd edək ki, Kelantan, əhalisinin 97%-nin müsəlman olduğu ölkənin şimal-şərq əyalətidir. \\Redaktor.Az

Tarix: 09 fevral 2024
Baxış: 130

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş