Redaktor seçimi
    Bu şəxslər yenidən müddətli həqiqi hərbi xidmətə göndəriləcəklər
Xəbər lenti
Reklam
Faciəvi şəkildə ölən uşaqların FOTOLARI

Azərbaycanda islam bankçılığı sistemi yaradılacaq.
Belə ki, Mərkəzi Bankının İdarə Heyəti tərəfindən "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” təsdiq olunub. Sözügedən sənəddə islam bankçılığının inkişafı öz əksini tapıb.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirib ki, islam bankçılığı vətəndaşların marağına səbəb olacaq.
Müxtəlif məqsədlər üçün kredit müraciəti edilə bilər. Məsələn, vətəndaş bankdan alacağı kredit hesabına biznes qurmağı planlaşdırırsa, əsas məbləğlə yanaşı qazancının müəyyən hissəsini müqavilədə göstərilən müddət ərzində bankla bölüşür.
Borca görə dəbbə pulu hesablanmır. Yəni bu bankçılıq sistemi ilə təqdim edilən kreditlərə görə faiz tutulmur. Əgər vətəndaş zəruri sosial yönümlü ehtiyacları üçün kredit götürürsə, yalnız həmin məbləği geri qaytarır.
Ətraflı "Xəzər Xəbər”in süjetdində:

Tarix: 08 fevral 2024
Baxış: 127

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş