Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
60 ton qaz yüklü tanker PARTLADI - 6 ölü, 14 yaralı var

Ötən gün Monqolustanın paytaxtı Ulan-Batorda 60 ton mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan tankerin avtomobillə toqquşması nəticəsində baş verən partlayışda 3-ü yanğınsöndürən olmaqla 6 nəfərin həyatını itirdiyi, 14 nəfərin yaralandığı məlum olub.

Gender.Az Monqolustanın Milli Fövqəladə Hallar (NEMA) İdarəsi-nə istinadən xəbər verir ki,  Monqolustanın paytaxtı Ulan-Batorda Dunjinqarav ticarət mərkəzinin yaxınlığındakı kəsişmədə 60 ton mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan tanker avtomobilə çırpılıb.
Bölgəyə çoxlu sayda yanğınsöndürən, polis və sağlamlıq qrupu sövq edilib. Toqquşmadan sonra tankerdə əvvəlcə qaz sızması, sonra isə partlayış baş verib. Alov ətrafdakı binalara və avtomobillərə keçib. Həmin anlar ətrafdakı sakinlərin mobil telefon kameralarına saniyə saniyə əks olunub.

Monqolustan Milli Fövqəladə Hallar İdarəsi (NEMA) tərəfindən edilən açıqlamada, ərazini döyüş bölgəsinə çevirən partlayışda 3-ü yanğınsöndürən olmaqla 6 nəfərin həyatını itirdiyi, 14 nəfərin yaralandığı, 29 avtomobilin zədələndiyi açıqlanıb. . Bildirilib ki, ərazidəki bina sakinləri təxliyə edilib və yanğın saat 02.15 radələrində söndürülüb. NEMA prezidenti G.Ariunbuyan bildirib ki, ilkin araşdırmalara görə, tanker kəsişmədə kəskin dönüş edərək avtomobilə dəyib və sonradan baş verən qaz sızması partlayışa səbəb olub.  \\Referans.Az

Tarix: 27 yanvar 2024
Baxış: 101

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş