Azərforum xəbər verir ki, Xətai Tibb Mərkəzinin cərrahı Vüqar Fərəcli dünyasını dəyişib.
Bu barədə Gender.az-a Mərkəzin mətbuat xidmətindən bildirilib.
Fərəcli Vüqar Firidun oğlu 1967-ci ildə Sumqayıt şəhərində anadan olub. 1984-cü ildə Sumqayıt şəhər 27 nömrəli tam orta məktəbi bitirib. 1992-ci ildə Azərbaycan Tibb Universitetini qırmızı diplomla başa vurub. Həmin ildən ATU-nun III cərrahi xəstəliklər kafedrasında kiçik elmi işçi, E.Əfəndiyev adına 2 saylı xəstəxanada isə həkim-cərrah kimi fəaliyyətə başlyıb.
"Xolesistektomiyadan sonra xroniki pankreatitin kəskinləşməsinin profilaktikası" adlı elmi işin müəllifidir. Bir sıra elmi məqalələri yerli və xarici jurnallarda çap olunub.
1997-2000-ci illərdə Füzuli rayonu Əhmədbəyli hospitalında çalışıb, tibb xidməti polkovnik-leytenantıdır.
II Qarabağ müharibəsi zamanı müxtəlif hospitallarda yaralı əsgər və zabitlərimizə xidmət göstərib. Orden və medallarla təltif olunub.
Allah rəhmət eləsin.