Tanınmış qarmon ifaçısı, əməkdar artist Gülbahar Şükürlü vəfat edib.
Gender.Az xəbər verir ki, bu barədə onun yaxınları sosial mediada bildirib.
Gülbahar Şükürlü 20 mart 1962-ci ildə Bakı şəhərində anadan olub.
Orta məktəbi bitirdikdən sonra 4 nömrəli İncəsənət Gimnaziyasına daxil olaraq təhsilini orada davam etdirib.
16 yaşından qarmon sənəti ilə məşğul olan sənətçi uzun müddət Azərbaycan Respublikasının Xalq artistləri Mələkxanım Əyyubova və Səkinə İsmayılova və müğənni Zöhrə Abdullayeva ilə birgə çalışıb.
1993-cü ildə Zöhrə Abdullayevanın təkidi ilə efirə çıxaraq Azərbaycan Dövlət Televiziyasında 30 dəqiqəlik solo konsertlə çıxış edib və böyük tamaşaçı kütləsinin sevgisini qazanıb.
O, bununla da, davamlı olaraq Dövlət Televiziyasında digər verilişlərə dəvət alaraq solo çıxışlar edib.
Yaradıcılıq dövrü ərzində Gülbahar Şükürlü 4 albomu işıq üzü görüb: "Aytac", "Rusif", "Ləman" və "İnanmaram".
7 mart 2009-cu il Azərbaycan Respublikasında mədəniyyət sahəsində xidmətlərinə görə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülüb.
O, uzun müddətdir, xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Allah rəhmət eləsin.