Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Onkoloji xəstəlikdən əziyyət çəkən Əməkdar artistin SON DURUMU

Xəbər verdiyimiz kimi, onkoloji xəstəlikdən əziyyət çəkən Əməkdar artist Gülbahar Şükürlü aylar əvvəl səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilmişdi. Həkim müdaxiləsindən sonra noyabrın 3-də qarmon ustasının vəziyyəti yaxşılaşdığı üçün xəstəxanadan evə buraxılmışdı.
G.Şükürlünün hazırda səhhətinin necə olmasını öyrənmək üçün bizim.media-nın əməkdaşı Əməkdar artistlə əlaqə saxlayıb. 
Sənətçi vəziyyətinin yaxşı olduğunu bildirib: 
"İnsan xəstələnə də bilər, sağala da. Hazırda səhhətim şükürlər olsun ki, yaxşıdır. Özümü yaxşı hiss edirəm. Hazırda nəvəmin doğum günündəyəm.
Məndən nigaran qalanlara isə demək istəyirəm ki, hazırda nigarançılığa ehtiyac yoxdur. Müalicələrim davam edir. Allaha pənah, hər şey yaxşı olacaq". 
Qeyd edək ki, aylar əvvəl Gülbahar Şükürlü Bizim.Media-ya açıqlamasında bildirmişdi ki, Maqnit rezonans tomoqrafiya (MRT) müayinəsi zamanı onun başında xoşxassəli şiş aşkarlanıb.
Qarmon ustası şişin ölçülərinin kiçik olduğuna görə əməliyyata ehtiyac olmadığını vurğulayıb. O, müalicələr aldığını söyləyib. \\Milli.Az 

Tarix: 05 dekabr 2023
Baxış: 119

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş