DƏHŞƏTLİ hadisə baş verdi - ÖLƏNLƏR və ÇOX SAYDA yaralı var - ADLAR
Gender.Az xəbər verir ki, Balakəndə iki nəfərin ölümü ilə nəticələnən ağır qəza olub.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Qeyd edilib ki, noyabrın 29-u saat 17 radələrində Balakən rayonunun Şambul kəndi ərazisində Hafiz İsmayılov və İlkin Hetayevin idarə etdiyi 2 "Mercedes" markalı avtomobil toqquşub. Hadisə nəticəsində hər avtomobildə biri olmaqla, iki sərnişin ölüb, hər iki sürücü və üç sərnişin xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Tarix: 29 noyabr 2023
Baxış: 136
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş