Redaktor seçimi
    Azərbaycanda qumar şəbəkəsi ifşa olundu - DİN-dən əməliyyat+VİDEO
Xəbər lenti
Reklam
Gəncədə müəllim evində ölü tapıldı - Foto

Gəncədə məktəb müəllimi evində ölü tapılıb.
Gender.Az “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində yerləşən binaların birində qeydə alınıb.
Belə ki, sözügedən ünvanda yaşayan 30 yaşlı Elzar İsmayılovun telefon zənglərinə və qapının döyülməsinə cavab verməyib. Bu səbəbdən də FHN-nın 112 xidmətinə məlumat verilib. Hadisə yerinə gələn FHN xilasediciləri məənzilə baxış keçirildikdə Elzar İsmaylovun meyitini vanna otağından aşkarlayıblar.
Onun meyiti müayinə olunması üçün Məhkəmə – Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib. İlkin məlumata görə, E. İsmayılov ürək tutmasından ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Elzar İsmayılov Gəncə şəhər 12 nömrəli tam orta məktəbin məktəbdənkənar işlər üzrə təşkilatçısı olub.



Tarix: 25 noyabr 2023
Baxış: 182

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş