Zaqatalada qətlə yetirilən qadının anası: “Qızıma dörd bıçaq vurub...”
Zaqatalada qadın keçmiş əri tərəfindən qətlə yetirilib.
Hadisə şəhərin Həzi Aslanov küçəsində baş verib.
Qımır kənd sakini 34 yaşlı Aygün Həşimova Şamaxı rayon sakini 32 yaşlı Əli Səfərov tərəfindən bıçaqlanıb.
A.Həşimova aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Mərhumun anası Zəminə Həşimova Baku TV-yə açıqlamasında dəhşətli hadisənin necə baş verməsindən danışıb:
"İşdən gələndə qabağını kəsib deyib ki, səni aparmağa gəlmişəm. O da deyib ki, getmək istəmirəm. Niyə məni qoyub getmisən deyib, qızıma dörd bıçaq vurub”.