18-ci mərtəbədən yıxılan bir yaşlı uşaq sağ qalıb
Novosibirskdə (Rusiya) 18-ci mərtəbədən yıxılan bir yaşlı uşaq sağ qalıb.
Uşaq yıxıldıqdan sonra yarım saat yerdə qalıb.
Məlumata görə, sonra yoldan keçən bir nəfər uşağı görüb və təcili yardım çağırıb.
Ehtimal olunur ki, körpə atası ilə çarpayıda uzanıb. Sonra o, pəncərəyə dırmaşmaq qərarına gəlib, pəncərəni açıb və yıxılıb.
İki hadisə şahidi 18-ci mərtəbədən nəyinsə düşdüyünü görsə də, buna məhəl qoymayıb.
Uşaq xəstəxanaya yerləşdirilib, hadisədən sonra onun vəziyyəti ilə bağlı məlumat verilməyib. \\Day.Az
Tarix: 14 noyabr 2023
Baxış: 161
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş