Qarabağdan qaçan Babayanın kaseti yayıldı – Ermənistan bunu müzakirə edir
Qarabağdan antiterror tədbirlərindən sonra Ermənistana qaçan separatçıların “başçılarından” Samvel Babayanın kaseti yayılıb.
Gender.az publika.az-a istinadən xəbər verir ki, kaset Babayanın bir qızla intim söhbətindən ibarətdir.
Bu səs yazısı sürətlə Erməmistan mediasında və sosial şəbəkələrin erməni seqmentində tirajlanıb. Babayan bunu montaj adlandırsa da, səs yazısını yayan “nyuspress.am” saytının rəhbəri Ariana Hovsepyan real olduğunu deyir. A.Hovsepyan bildirib ki, səs yazısı yayılandan sonra Babayan ona zəng edib və təhqir edib.
Babayanın intim kasetinin yayılması Ermənistanda keçmiş “Qarabağ klanı” daxilində qarşıdurmanın tərkib hissəsi kimi qiymətləndirilir. Separatçıların qandallanaraq Bakıya gətirilməsindən sonra Paşinyana yaxınlığı ilə tanınan Babayan önə çıxmaq və klanı ələ almaq niyyətindədir. Lakin Koçaryan-Sarkisyan cütlüyü və onlara bağlı qruplar buna mane olmağa çalışır.
Tarix: 17 oktyabr 2023
Baxış: 153
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş