Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Rusiya kanalları Paşinyanı küçə söyüşləri ilə təhqir edir

Rusiyanın televiziya və Yutub kanallarında Ermənistanın Baş naziri Nikol Paşinyanı küçə söyüşləri ilə təhqir edirlər. Təhqir müəllifləri əsasən Rusiyanın media mühitində əhəmiyyətli mövqelərə malik ermənilərdir.
Gender.Az axar.az-a istinadən bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, proqramlara dəvət edilən fərqli millətlərə məxsus aparıcı və ekspertlər də Paşinyanı aşağılayırlar:
"Bunlar hesab edir ki, Ermənistanda hakimiyyətdə Paşinyan yox, Putinin dostu Robert Köçəryan olsaydı, Azərbaycan Qarabağı geri qaytara bilməzdi. Əlbəttə, Robert Köçəryan Kremllə daha sıx əlaqələrə malik idi, ancaq dünyadakı və bölgədəki vəziyyət tədricən Azərbaycanın xeyrinə dəyişirdi və Ermənistanın keçmiş prezidenti də doğma separatçılarını xilas edə bilməyəcəkdi. Köçəryan bu qədər güclüydüsə, İkinci Qarabağ müharibəsindən sonra asanlıqla Nikol Paşinyanı devirməliydi. Paşinyanın reytinqi düşsə də, erməni cəmiyyətindəki dəstəyi hətta Azərbaycanın antiterror əməliyyatından sonra da Köçəryana olan dəstəkdən dəfələrlə çoxdur. Bu səbəbdən Rusiya televiziya və Yutub kanallarında Ermənistanın hazırki baş nazirini söyəndə və aşağılayanda seçkilərdə Paşinyana səs və dəstək verən ermənilərin Rusiyaya qarşı nifrəti daha da artır".

Tarix: 29 sentyabr 2023
Baxış: 183

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş