Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
"Qonaq otağında kibrit axtaranda Əfqan məni qucaqlayıb..." - Sabirabadda çobanın qızına qarşı əxlaqsızlıq

Sabirabad rayonunda 1995-ci il təvəllüdlü Əfqan qohumunun yetkinlik yaşına çatmayan qızı Əfsanəyə (adlar şərti verilib - red.) təcavaz edib.
Gender.Az teleqraf-a istinadla bildirir ki, hadisə 11 iyun 2021-ci ildə Sabirabad rayonunun kəndlərindən birində baş verib.
Əfqan evində qaz sobasını yandırmaq üçün alışqan istəmək adı ilə qohumu Məmmədin evinə gəlib. O, qapını döyərək Məmmədi çağırıb. Həmin vaxt qapını Məmədin qızı Əfsanənin açdığını görüb.
Əfqan Məmmədin və digər ailə üzvlərinin evdə olmadığına əmin olduqda cinsi ehtirasını təmin etmək niyyətini həyata keçirmək istəyib. O, Əfsanəyə zor tətbiq edərək ağız və göz nahiyəsindən əlləri ilə tutub, evin qonaq otağında divana yıxıb. Zorakılıq göstərməklə Əfsanəyə qarşı seksual xarakterli hərəkətlər edib.
İstintaq orqanı tərəfindən Əfqanın barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, zərərçəkmiş Əfsanə onun qohumudur və qonşuluqda yaşayırlar:
"İyunun 11-də, səhər saat 08.30-da evdəki qaz sobasını yandırmaq üçün evdə alışqan və ya kibrit tapa bilmədim. Buna görə Əfsanənin yaşadığı evə getdim. Qapını Əfsanə açdı. Ondan çöldə dayanaraq alışqan istədim. Əfsanə "gözlə, baxım, əgər taparamsa verəcəm" dedi.
Təxminən 2-3 dəqiqə sonra Əfsanənin gəlmədiyini gördüm. Onu səslədim və gəlmədiyi üçün təkrarən çağırdım. Əfsanə isə "nədi, nə qışqırırsan" deyərək qapının qarşısına gəldi. Ona dedim ki, sən nə qışqırırsan, səndən qaz peçini yandırmaq üçün alışqan istədim. O da bildirdi ki, alışqan yoxdur, vermirəm. Mən də əsəbləşdiyim üçün onun üzünə bir şillə vurdum. Əfsanə də qaçaraq xalasının evinə getdi".
Təqsirləndirilən şəxs qeyd edib ki, Əfsanəyə qarşı əxlaqsız və pozğun hərəkətlər etməyib, Əfsanənin dayısı ilə aralarında ədavət olduğuna görə onların ailəsi bundan istifadə edərlər, onu şərləyərək həbs etdiriblər.
Zərərçəkmiş Əfsanənin sözlərinə görə, iyunun 11-də səhər saat 5 radələrində atası evdən çıxaraq çobanlıq etmək üçün fermaya, anası isə saat 6 radələrində kənddəki parnik sahəsinə işləməyə gedib:
"Təxminən saat 8 radələrində evdə olarkən qapının döyüldüyünü eşitdim. Qapıya yaxınlaşanda atamın uzaq qohumu Əfqanı gördüm. O məndən alışqan istədi. Mən də geriyə çevirilərək evin qonaq otağına getdim. Qonaq otağında atama məxsus alışqanı axtararkən Əfqan məni arxadan özünə sıxdı, bir əli ilə ağzımı, bir əli ilə gözlərimi tutdu. Sonra həmin vəziyyətdə məni qonaq otağındakı divanın üzərinə yıxdı. Məni də soyundurdu, özü də soyundu.
Mən divandan duraraq qaçmaq istədim. Əfqan sol qolumdan tutaraq möhkəm çimdiklədi və təkrarən divana yıxdı. Üstümdə oturandan sonra hərəkətsiz qaldım".
Zərərçəkmiş qeyd edib ki, sonra üzərinə yarı uzanmış vəziyyətdə təxminən 1-2 dəqiqə ərzində seksual xarakterli hərəkətlər edib. Bildirib ki, bir anlıq özündə güc tapıb və Əfqanı üzərindən itələyib: "Əfqan isə divandan yerə yıxıldı. Bundan sonra qaçaraq otaqdan çıxdım, qonşuluqda yaşayan xalamın evinə getdim. Hadisə barədə qohumlarıma məlumat verdim".
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əfqan 11 il müddətinə azadlıqdan məhrum edilib.

Tarix: 11 sentyabr 2023
Baxış: 176

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş