Xəbər lenti
Reklam
SON DƏQİQƏ: İki alim itkin düşdü - İki nazirə müraciət edildi

Alimlər Elnur Nəciyev və Emil Cəbrayılov İsmayıllı-Quba yolunda itkin düşüblər.
Gender.Az xəbər verir ki, bu barədə Elnur Nəciyevin həyat yoldaşı Günay Nəciyeva Konkret.Az-a açıqlama verib.
Günay Nəciyeva bildirib: “Onlar sonuncu dəfə Quba rayonunun Dərk kəndi və İsmayıllı rayonunun Burovdal kəndi ərazilərində olublar. Saat 12:00-dan isə əlaqə kəsilib. Onlar qayalıqdadır, çox islanıb və dona bilərlər.
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova və Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə müraciət edirəm və xahiş edirəm ki, onların tez bir zamanda tapılmasına kömək etsinlər. Həmin nazirliklərin yerli şöbələri onların durumunu və hava şəraitini nəzərə alıb diqqətli olsun və bu məsələyə çox həssas yanaşsınlar”.
Qeyd edək ki, Elnur Nəciyev Bakı Mühəndislik Universitetinin əməkdaşı, Emil Cəbrayılov isə AMEA Coğrafiya İnstitutunun elmi işçisidir.

Natiq Səlim

Tarix: 29 avqust 2023
Baxış: 172

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş